Bricit Makron ailədaxili kiçik münaqişədən sonra əri, Fransa prezidenti Emmanuel Makronun üzünə şillə vurub. Bu barədə Actu.fr portalı AFP-yə istinadən yazıb.
Fransa prezidentinə yaxın mənbənin sözlərinə görə, insident “banal dava” zamanı baş verib. Eyni zamanda, digər mənbələr bu məsələ ilə bağlı sadəcə Rusiyayönlü qüvvələrin aktiv şəkildə mənfi fikirlər yaydığını qeyd ediblər.
Bundan əvvəl Fransa liderinin təyyarəsinin Vyetnama çatan zaman Makronun həyat yoldaşı Bricit tərəfindən şillələnməsi anını əks etdirən video yayılmışdı. Hərçənd siluet tam görünməyib və zərbəni endirən şəxsin dövlət başçısının həyat yoldaşı olub-olmamasını heç kim dəqiq deyə bilmir. Maraqlıdır ki, Yelisey sarayı da sonradan görüntülərin həqiqiliyini təsdiqləyib.
Tural