Bakıda 62 yaşlı kişi iş yerində ölüb.
News365.az xəbər verir ki, hadisə Binəqədi rayonu Ordubadi küçəsində inşa edilən “Binəqədi Rezidens” kompleksində qeydə alınıb.
1963-cü il təvəllüdlü C.Quliyev kompleksin sanitar qovşağında dünyasını dəyişib.
Oxşar hadisə Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsində yerləşən mağazada da baş verib. Orada işləyən 1966-cı il təvəllüdlü R.Mahmudov iş başında olarkən halının pisləşməsi səbəbindən vəfat edib. Hər iki faktla bağlı araşdırma aparılır.