Xəbər verdiyimiz kimi, avqustun 10-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.
News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Dalğıc-xilasedicilər tərəfindən vətəndaş - 2006-cı il təvəllüdlü Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.