Türkiyəli Müğənni Bergeni 6 güllə ilə öldürən Halis Serbest, 2 il əvvəl "Bergen" filminin prodüseri Orchestra Contentə açdığı 300 min lirəlik təzminat məhkəməsində uduzub.
News365.az xəbər verir ki, 14 avqust 1989-cu ildə həyat yoldaşı Halis Serbest tərəfindən öldürülən Bergenin həyatı 4 mart 2022-ci ildə yayımlanan filmlə yenidən gündəmə gəlib.
Türkiyənin Adana rayonunda Halis Serbestin yaşadığı Kozan bölgəsində “Bergen” filminin nümayişi ləğv edilib. Film nümayişinin ləğvi aktyorların, ssenaristlərin və kinosevərlərin reaksiyasına səbəb olub.
Halis Serbest məhkəmədə ölüm təhdidləri aldığını, filmin onun razılığı olmadan çəkildiyini və şəxsi hüquqlarına təcavüz edildiyini iddia edib. Hakim iddiaçı Halis Serbestin adının filmdə yer almadığını, buna görə də ədalətsiz və əsassız olduğunu bildirərək, işin rədd edilməsini istəyib.
Serbestin vəkili qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.