BƏƏ prezidenti Qətərə səfər edib

BƏƏ prezidenti Qətərə səfər edib
14:55

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan İsrailin dünənki zərbələri fonunda Qətərlə həmrəylik əlaməti olaraq dostluq səfəri ilə Dohaya gedib.

News365.az-ın "Sky News Arabiya"ya istinadən məlumatına görə, onu Doha Beynəlxalq Hava Limanında Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani qarşılayıb.

"Reuters" agentliyi isə qeyd edir ki, BƏƏ prezidentinin ardınca bu gün İordaniya vəliəhdi Hüseyn bin Abdullah və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Dohaya gedəcəklər.


Sizin reklam burada
Sizin reklam burada