Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTOLAR

Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTOLAR
16 Sen 2024 14:38

Səbail rayonu Bayıl qəsəbəsində yeni xəttə buraxılan avtobuslara hücum edilib.

News365.az Avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbədaxili fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazı İsmayılov adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub.

Onun yeni xəttə buraxılan “Qazel” markalı avtobusların təkərlərini deşərək qarşı tərəfə maddi ziyan vurduğu bildirilir. Məlumata görə, sahibkar köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.

Lakin bir qədər sonra N.İsmayılov polis tərəfindən saxlanılıb, təkərləri deşilmiş avtobuslar təmir edilərək xəttə buraxılıb.



Youtube kanalımız

Oxşar xəbərlər