ABŞ Prezidenti Co Bayden 19 nəfəri Prezidentin Azadlıq medalı ilə təltif edəcək.
News365.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mükafatçılar
arasında ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton, amerikalı milyarder Corc
Soros, futbolçu Lionel Messi və modelyer Ralf Lauren də var.
“Bu, Birləşmiş Ştatların rifahına, dəyərlərinə və ya təhlükəsizliyinə, dünya sülhünə və ya digər mühüm ictimai və ya özəl səylərə töhfələr vermiş şəxslərə verilən ölkənin ən yüksək mülki mükafatıdır”, - məlumatda qeyd edilib.