Lukaşenko Rusiyaya səfər edəcək

Lukaşenko Rusiyaya səfər edəcək
17:10

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.

News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Lukaşenko sentyabrın 25-26-da Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Bildirilib ki, Belarus lideri Qlobal Atom Forumunda iştirak edəcək və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Hər iki dövlət başçıları ikitərəfli münasibətlərə dair qeydləri müqayisə edəcək və beynəlxalq gündəliyi müzakirə edəcəklər.



Sizin reklam burada
Sizin reklam burada