Sivasın Gemerek rayonunda 4 aylıq balaca itə çubuqla işgəncə verən İ.K. (44) jandarma tərəfindən saxlanılıb.
Hadisə Sızır qəsəbəsində baş verib. Şübhəli, öz torpağında balaca itə dəfələrlə zərbə endirib.
News365.az xəbər verir ki, hadisə anı ətrafdakı şəxslər tərəfindən telefonla çəkilib və sosial mediada paylaşılıb. Sosial şəbəkələrdə yaranan reaksiyalar nəticəsində jandarma əməkdaşları dərhal tədbir görərək İ.K.-ni saxlayıb.
Sivas Valiliyindən verilən açıqlamada bildirilib ki, şübhəli barəsində müvafiq hüquqi tədbirlər görülüb.
Şiddət görmüş it sağlamlıq yoxlamalarından sonra Təbiəti Mühafizə və Milli Parklar İdarəsi tərəfindən sığınacağa təhvil verilib. Valilik heyvanlara qarşı hər cür pis rəftarın əleyhinə olduqlarını vurğulayıb.
News365.az