Maskın atası ilə bağlı dəhşətli İDDİALAR

Maskın atası ilə bağlı dəhşətli İDDİALAR
14:34

1993-cü ildən bəri məşhur milyarder İlon Maskın atası Errol Maskın bioloji və ögey övladlarına təcavüz etdiyi iddiaları ilə bağlı üç polis araşdırması başladılıb.

News365.az xəbər evrir ki, Mask ittihamları rədd etsə də, tez-tez ailə üzvləri tərəfindən müdaxilə üçün təzyiqlərə məruz qaldığı bildirilir.

"The New York Times (NYT)" İlon Maskın uzun müddətdir görüşmədiyi 79 yaşlı atasına qarşı irəli sürülən ittihamları məktublara, e-poçtlara, ailə üzvləri ilə müsahibələrə, polis və məhkəmə sənədlərinə istinad edərək yazıb.

Məlumata görə, Errol Mask 1992-ci ildə üçüncü evliliyindən sonrakı illərdə beş bioloji və ögey övladına qarşı zorakılıq etməkdə günahlandırılıb. Ona qarşı ilk zorakılıq ittihamı 1993-cü ildə o vaxtkı dörd yaşlı ögey qızından gəlib.

Daha sonra bəzi ailə üzvləri Errol Maskın bu hadisədən sonrakı illərdə digər uşaqlara təcavüz etdiyini iddia ediblər. Şikayətlərin ardınca üç ayrı polis araşdırması başlasa da, Mask heç bir cinayətdə mühakimə olunmayıb. 

Qəzetə verdiyi açıqlamada Errol Mask cinsi zorakılıq iddialarını təkzib edib və iddiaları irəli sürən ailə üzvlərini İlon Maskdan "pul qoparmağa çalışmaq"da ittiham edib.

Qeyd edək ki, İlon Mask 2017-ci ildə jurnala müsahibəsində atası barədə "ağılınıza gələn hər pis şeyi edib" sözlərini demişdi. (


Sizin reklam burada
Sizin reklam burada