TİM sədri Mustafa Gültepe-nin villasına jandarma basqını

TİM sədri Mustafa Gültepe-nin villasına jandarma basqını
17:03

CAN Holding-ə qarşı aparılan istintaq çərçivəsində daxil olan şikayət əsasında Türkiyə İxracatçılar Məclisi (TİM) sədri Mustafa Gültepe-nin İstanbul Böyükçəkməcə-dəki villasına jandarma basqın edib.

News365.az xəbər verir ki, Habertürk və Show TV kimi media qurumlarını da əhatə edən 121 şirkəti birləşdirən Can Holding-ə qarşı istintaq genişlənir.

16 sentyabr səhər saatlarında həyata keçirilən basqında jandarma qapıları sındıraraq evə daxil olub. Evdə olan Gültepe-nin ailəsi böyük qorxu və panik yaşayıb. Basqın zamanı Mustafa Gültepe xaricdə olub.

Hadisədən sonra Daxili İşlər Nazirliyi prosesi araşdırmaq üçün müfəttiş təyin edib. Məlum olub ki, Gültepe həmin vaxt Parisdə iş səfərində olub və Fransa səfirinin də yanında olub.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada