"Trampın təklifləri Ukraynanı məcbur etmək məqsədi daşıyırdı".
Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, Trampın Alaska-da Putin ilə görüş zamanı irəli sürdüyü planlar Ukraynada heç bir nəticə verməyib:
“Tramp yay vaxtı Ukraynanı demək olar ki, çökməyə məcbur etmək istəyirdi, amma bütün əməliyyatlar əslində nəticəsiz qaldı. İndi payız və qış mövsümü ilə Rusiya ordusu həmin həcmdə əməliyyat aparmaq iqtidarında olmayacaq. Bu vəziyyətdə NATO-nun Ukraynanı danışıqlara məcbur etməsi ideyası ortaya çıxır. Trampın təklifləri əslində Ukraynanı məcbur edərək sülh sənədini imzalamağa yönəlmişdi, hansı ki, Donetsk, Luqansk və Krim Rusiyanın ərazisi kimi tanınmalıdır”, – deyə deputat bildirib.