Bakıdan Naxçıvana avtobusla kimlər gedə biləcək? - RƏSMİ

Bakıdan Naxçıvana avtobusla kimlər gedə biləcək? - RƏSMİ
15:26

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edib. İyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək. Bu reyslər İran İslam Respublikasının ərazisindən keçməklə reallaşacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı-Naxçıvan-Bakı avtobus reyslərindən bütün Azərbaycan vətəndaşları yararlana bilərlər. Bununla yanaşı, reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. 

Qurumdan bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində Naxçıvana gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçiriləcək. Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılacaq. Şərurdan isə Bakıya reyslər saat 07:00, 14:30, 15:30, 16:30-da həyata keçiriləcək. 

Əlavə olaraq qeyd olunub ki, sərnişinlər biletləri onlayn qaydada “biletim.az” portalından və avtovağzalların kassalarından əldə edə bilərlər.


Sizin reklam burada
Sizin reklam burada