Bakıda təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Bakıda təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb
19 İyl 2024 13:35

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

News365.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada