Bakıda əqli qüsurlu kişini "tok" vurdu

Bakıda əqli qüsurlu kişini "tok" vurdu
27 Dek 2025 17:20

Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırıb.

News365.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

    Məlumata görə, rayonun Binə qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli qüsurlu Elşad Sadıqov yaşadığı evdə elektrik sobasına uzanaraq naqilə toxunub və elektrik cərəyanı vurması nəticəsində yanıb.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada