Balıq ovu qaydalarını pozan şəxslər saxlanıldı

Balıq ovu qaydalarını pozan şəxslər saxlanıldı
20 Sen 2024 13:07

Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz və Siyəzən rayonları akvatoriyasında balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb.

Bu barədə News365.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakinləri Səxavət və Fizuli Məlikovlar, Şabran rayon sakinləri Mirqurban Musayev, Alim Qəhrəmanov, Xaçmaz rayon sakini Pərviz Məmmədov və Siyəzən rayon sakini Murad Paşayev olduğu müəyyən edilib.

Faktlarla bağlı qanun pozucuları barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbir görülüb.


Youtube kanalımız

Oxşar xəbərlər