Bakıda 7 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır

Bakıda 7 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
29 İyl 2025 14:40

Dünən ilan sancması səbəbilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

News365.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

    Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.


    Sizin reklam burada
    Sizin reklam burada