“Bağırsaq insanın ikinci beyni sayılır. Ac qalmaq bütün bağırsağın mikroflorasını pozur. Bununla da insanlarda mədə-bağırsaq problemləri yaranır".
Bunu News365.az-a açıqlamasında dietoloq Aysel Rəhimova deyib.
Onun sözlərinə görə, bəzi çaylar, kofelər, kapsullar orqanizmə çox ciddi zərərlər verir, insan səhhətində geridönülməz fəsadlara yol açır. Qeyri-sağlam yolla arıqlamaq birinci növbədə bağırsağı məhv edir:
Dietoloq qeyd edir ki, indiki dövrə insanlar hər şeyi rahat yolla əldə etmək istəyir, əziyyət çəkmək istəmirlər:
“Hamı asan yol ilə arıqlamağa üstünlük verir. Bu cür vasitələrlə arıqlamaq ürək-damar, sinir sistemində də çox ciddi problemlər yaradır. İdman etmək əziyyət tələb edir, sağlam qidalanma isə vaxt tələb edir və bu da əksər insanlara sərf etmir. Əkdəriyyət istədiyi nəticəni tez bir zamanda əldə etmək istəyir, lakin heç kəs gələcəkdə baş verəcək fəsadları düşünmür."-deyə bildirib.
News365.az