Azərbaycanlıların soyqırımına dair Fransanın etirafı - FOTOFAKT
Aktual
09:57
Fransa Xarici İşlər Nazirliyinin arxivində saxlanılan " P 16674" saylı sənəd!
Bu, Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə Ali Komissarı (səfiri) Damien de Martel tərəfindən 1920-ci ildə Fransa XİN-ə göndərilmiş və hazırda orda arxivində saxlanılan məktubdur.
Məktubda Ali Komissar Ermənistanda, paytaxt İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla 4 000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir.
Məktubdan çıxarışda deyilir: “…Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın [azərbaycanlının] məskunlaşdığı 25 tatar [azərbaycanlı] kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 000 nəfər Araz çayına tökülərək öldürülüb. Bu məktubda təfərrüatları sadalamaqla göstərmək istəyirəm ki, heç də həmişə “eyni əhali [xalq] kütləvi qırğına məruz qalmır...”
Bu məktub, Fransanın Qafqaz üzrə Ali Komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilib.