298 nömrəli məktəbin direktoru Günay Nəzərova vəzifəsini davam etdirəcək- YENİLƏNİB

298 nömrəli məktəbin direktoru Günay Nəzərova vəzifəsini davam etdirəcək- YENİLƏNİB
04 İyl 2025 19:21

Xəbər verdiyimiz kimi, 298 nömrəli məktəbə yeni direktor təyin olunan, daha dəqiq desək, 284 nömrəli tam orta məktəbin direktor müavini – cəmi 2,5 illik müavinlik təcrübəsi olan Günay Nəzərovaya – əsas vəzifəsi saxlanılmaqla bu məktəbin direktor səlahiyyətlərini müvəqqəti (3 aylıq) icra etmək tapşırılıb.

Gələn kimi islahata həyat yoldaşını kreslosuna əyləşdirərək selfi ilə başlayan və bunu hər yerdə paylaşan hörmətli direktorcuğaz deyəsən etik davranış qaydalarından bixəbərdir. Cəmi bir həftəlik təyinatla məktəbə gələn bu “çox hörmətli direktor” idarəçiliyi elə bir üslubda qurub ki, məktəb bir növ sınaq poliqonuna çevrilib. Sınaq isə… sanki idarəetmənin yox, səbrin sınağıdır.

News365.az bu məsələ ilə bağlı Bakı şəhər təhsil idarəsinin mövqeyini öyrənib.

İdarədən bildirildi ki, 23 may 2025-ci il tarixindən etibarən 298 nömrəli tam orta məktəbin direktor vəzifəsinin müvəqqəti icrası G.Nəzərovaya həvalə olunub.

Bu müddət ərzində ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin edilməsi, idarəetmənin və tədrisin keyfiyyətinin artırılması məqsədilə mühüm tədbirlərə başlanılıb.

Qeyd edək ki, 298 nömrəli məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən G.Nəzərova 8 illik pedaqoji staja malikdir. O, 13 yanvar 2023-cü il tarixində 284 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsinə təyin edilmişdir. Qanunvericiliyə əsasən, 5 ildən artıq pedaqoji staja malik şəxslər direktor vəzifəsində çalışa bilərlər.

Hazırda təhsil ocağında səmərəli təlim və inkişaf mühitinin formalaşdırılması, məktəb idarəçiliyində keyfiyyətin yüksəldilməsi istiqamətində sistemli işlər aparılır.


Sizin reklam burada
Sizin reklam burada