Trabzonspor Paul Onuachu transferini rəsmiləşdirib

Trabzonspor Paul Onuachu transferini rəsmiləşdirib
04 İyl 2025 21:45

Trabzonspor Paul Onuachu transferini rəsmiləşdirdi

News365.az yerli mediaya istinadla xəbər verir ki, Trabzonspor hücum xəttini gücləndirmək üçün keçmiş mövsümdə icarə əsasında komandada çıxış edən Paul Onuachu ilə müqavilə imzalayıb. 

Bildirilib ki, klub nigeriyalı hücumçu üçün 5,6 milyon avro təzminat ödəyəcəyini ictimaiyyəti məlumatlandırma platforması olan KAP vasitəsilə açıqlayıb. 

Onuachunun komandaya daimi transferi “fırtına”nın yeni mövsüm planları çərçivəsində həyata keçirilib.


Sizin reklam burada
Sizin reklam burada