ABŞ- də təhsil alan azərbaycanlı tələbələr qondarma erməni soyqırım günü münasibəti ilə film nümayiş etdirilməsinin qarşısını alıblar.
News365.az xəbər verir ku, bununla bağlı həmin tələbələrdən biri olan Ceyhun Xəlilov sosial media hesabında yazıb:" Bu dördüncü gün 24 aprel "Berkeley Law School"da qondarma soyqırımın anım günündə Vətən Müharibəsi ilə bağlı filmin nümayiş etdirilməsi nəzərdə tutulurdu. Bunu görən kimi bazar ertəsi digər magistr tələbələri İngilab və Muradla birlikdə LLM Advising office-ə yollandıq. Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT TŞ-nin 4 qətnaməsi, Xocalı Soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq tədbirin təsviri hissəsində "arts**h" sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik.
Növbəti gün Advising Office-in rəhbəri hər üçümüzü şəxsən qəbul edərək uzun müzakirə apardı. Qeyd etdi ki, hətta tədbir kifayət qədər "offensive" də olsa, insanların sağlamığı üçün ciddi təhdidlər də olsa, bütün deyilənlər yalan da olsa, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən (First Amendment), heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Bu halda biz də Azərbaycana qarşı baş verən qırğınlar, habelə Vətən Müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açmaq istədiyimizi dedik.
Daha sonra tədbirin təşkilatçısı olan "Human Rights Center"də Associate Director ilə bu məsələni müzakirə etdik. Bütün narazılıqlarımızı və etirazlarımızı bildirdik. Qeyd etdik ki, Law School-da dərs deyən ex ICJ prezidenti hakim Joan Donoghue belə qeyd edir ki, münaqişə artıq bitib. Və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır. Sülh danışıqlarına xələl gətirir.
Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Associate Director isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən disclaimer verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək.
Və bu gün, artıq tədbir ləğv edildi.
Yoldaşlar, xaricdə təhsil almaq tək 2-3 dərs götürüb klublarda iştirak etmək demək deyil. Azərbaycanı təmsil etməkdir. Düşünürəm ki, Dövlət Proqramının qalibi kimi bu bizim borcumuz idi. Və borcumuzu yerinə yetirdik. Növbəti illərdə ölkəmizə qarşı olan haqsızlıqlara qarşı yenə eyni qətiyyətlə mübarizə aparılmasını arzu edirəm.