Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
12:14

Azərbaycanda vəzifəli şəxs vəfat edib.

News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.

Mərhumun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


Sizin reklam burada
Sizin reklam burada