Azərbaycanda məktəblər bağlanacaq? Şərtlər açıqlanıb

Azərbaycanda məktəblər bağlanacaq? Şərtlər açıqlanıb
11:35

İranda hava çirkliliyinin kritik həddə çatması səbəbindən bir sıra şəhərlərdə məktəblər və digər təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb. Bu vəziyyət Azərbaycanda da oxşar tədbirlərin görülüb-görülməyəcəyi sualını gündəmə gətirib.

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, belə hallarda əsas meyar təhlükəsizlik dərəcəsidir:

Məzahir Məmmədli: "Azərbaycandan xaricə təhsil almaq üçün gedənlərin sayı  durmadan artır" | 

“Artıq dünyanın hər yerində qəbul olunmuş məsələdir. Fövqəladə hallar yarandığı vəziyyətdə icra orqanları, Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi və yaxud da digər aidiyyəti qurumlar bu məsələlərlə bağlı qərar verə bilirlər. Azərbaycanda da bu kimi hadisələr baş versə, əvvəlcədən təhlükəsizlik dərəcəsi ölçülür və ona uyğun addımlar atılır”.

Ekspertin sözlərinə görə, hər hansı fövqəladə vəziyyət, istər təbii fəlakət, istərsə də ekoloji təhlükə təhsil prosesinin dayandırılmasını zəruri edə bilər. Bu baxımdan, qərarın əsas məqsədi şagird və müəllimlərin sağlamlığının qorunmasıdır. /// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada