Prezident İlham Əliyev: “1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik”
Azərbaycan Xalq Cümhuriyyəti
Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika hesab olunur. 28 may
1918-ci ildə yaradılan AXC-nin paytaxtı əvvəlcə Tiflis, sonra Gəncə, son olaraq
Bakı olub.
Şərqdə və müsəlman aləmində ilk
demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti
istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş
etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk
demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb. 23 ay (1918–1920)
ərzində qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi oldu (1919-cu ildə).
Milli ordu və dövlət qurumları yaradıldı. Təhsil və mədəniyyət sahəsində
islahatlar aparıldı. Demokratik parlament formalaşdırıldı (müxtəlif millətlərin
və partiyaların təmsil olunduğu).
AXC həm müsəlman aləmində, həm
də Şərqdə ilk dəfə olaraq demokratik, dünyəvi və hüquqi əsaslarla idarə olunan
bir respublika kimi tarixə düşdü. Bu, həm də türkdilli xalqlar arasında ilk
demokratik cəhd idi. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini
daha da gücləndirdi.
1918-ci il mayın 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla
Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik
dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik
respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz
müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Bu sənəd təkcə yeni dövlətin
qurulduğunu elan etməklə kifayətlənməyib, həm də onun əsas dəyərlərini və
məqsədlərini bəyan edib.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması bu bəyannamə ilə rəsmiləşdi. Tiflisdə, Müsəlman Şərqində ilk
parlamentli respublika olaraq elan edildi.
Bəyannamənin əsas müddəaları:
Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququ təsdiqləndi. Respublika
idarəetmə forması qəbul edildi. Milliyyətindən, dinindən və cinsindən asılı
olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar və azadlıqlar verildi. Dövlətin
beynəlxalq hüquqa əsaslanaraq müstəqil xarici siyasət yürütmək niyyəti
bildirildi.
İstiqlal Bəyannaməsinin tarixi
və mənəvi əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Azərbaycan xalqında milli
şüurun, azadlıq ruhunun güclənməsinə səbəb oldu. Sonrakı nəsillərə azadlıq və
müstəqillik uğrunda mübarizə üçün mənəvi dayaq verdi. 1991-ci ildə yenidən
müstəqillik qazanarkən, Azərbaycan Respublikası məhz AXC-nin varisi olduğunu
bəyan etdi.
İstiqlal Bəyannaməsi yalnız
hüquqi sənəd deyil, həm də xalqın arzusunun, qürurunun və milli iradəsinin
simvoludur.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının Ali Soveti tərəfindən qəbul edilmişdir. Bu sənəd Azərbaycan
xalqının milli azadlıq və müstəqillik arzularının rəsmi və hüquqi təsdiqidir.
SSRİ-nin süqutu ərəfəsində Azərbaycan xalqı da müstəqillik uğrunda mübarizəyə
qalxmışdı. 1991-ci ilin əvvəllərində baş verən ictimai-siyasi hadisələr və
xalqın iradəsi müstəqilliyin bərpasını zəruri etmişdi. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Bəyan edildi ki, Azərbaycan
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Respublika beynəlxalq hüquq subyekti olaraq tanındı. Azərbaycan xalqının öz
təbii sərvətlərinə, ərazisinə və idarəçilik sisteminə sahib olduğu təsdiqləndi.
XX əsrin sonlarında
müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı
bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər
Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü,
ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə
edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin,
məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına
təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir
vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn
Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Ulu Öndər Heydər
Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və fədakarlığı sayəsində Azərbaycan
1990-cı illərin ən çətin və təhlükəli dövründən keçərək öz müstəqilliyini və
dövlətçiliyini qoruyub saxladı. Çünki müstəqilliyin ilk illərində ölkədə siyasi
xaos, iqtisadi tənəzzül, separatizm və vətəndaş müharibəsi təhlükəsi hökm sürürdü.
Ermənistanın təcavüzü, Qarabağda müharibə, Gəncə qiyamı, Silahlı qrupların
dövlətə qarşı çıxışı ölkənin mövcudluğunu sual altına almışdı.
1993-cü ilin iyununda xalqın
tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və ölkənin rəhbərliyini öz üzərinə
götürdü. Onun qayıdışı ilə ölkədə sabitlik bərpa olunmağa, dövlət institutları
yenidən qurulmağa başladı. Konstitusiya qəbul edildi (1995) — hüquqi əsaslı
dövlətin qurulması təmin olundu. “Əsrin müqaviləsi" imzalandı
(1994) — ölkənin iqtisadi inkişafı və enerji təhlükəsizliyi üçün əsas qoyuldu.
Ordunun formalaşdırılması, hüquq-mühafizə orqanlarının gücləndirilməsi dövlətin
suverenliyini və təhlükəsizliyini möhkəmləndirdi. Heydər Əliyev Azərbaycanın
beynəlxalq aləmdə nüfuzlu və müstəqil dövlət kimi tanınmasına nail oldu. Ulu
Öndər Heydər Əliyev demişdir: “Müsəlman Şərqində ilk
demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o
dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli
müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın
qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli
azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli
oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”. Heydər Əliyevin fəaliyyəti
nəticəsində Azərbaycan dövlət müstəqilliyini qoruya bildi, vətəndaş
qarşıdurmasından və dağılmaq təhlükəsindən xilas oldu, möhkəm və sabit
dövlətçilik təməli yaradıldı.
Onun irsi bu gün də müasir
Azərbaycan dövlətinin siyasi kursunda, hüquqi əsaslarında və inkişaf
strategiyasında yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi
Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə
dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz
dövlətçilik əmanətidir. Bu, həm tarixi ədalətin bərpasıdır. Bayrağımızın azad
torpaqlarda dalğalanması – tarixi və mənəvi simvolu var. 1918-ci ildə
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə üçrəngli bayrağı dövlət
rəmziçkimi qəbul etmişdi. Bu bayraq, milli kimliyimizin, dövlətçiliyimizin və
azadlıq ruhumuzun daşıyıcısıdır. Prezident İlham Əliyev dümişdir: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib
məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi
23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və
onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki,
müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və
Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”. O dövrdə başlanan müstəqil
dövlətçilik ideyası bu gün Azərbaycan Respublikasında reallığa çevrilmişdir.
2020-ci il 44 günlük Vətən müharibəsi
nəticəsində Azərbaycanın ərazi
bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin qətiyyəti, sərkərdəliyi və
siyasi uzaqgörənliyi ilə üçrəngli bayrağımız Şuşada, Füzulidə, Cəbrayılda,
Laçında, Zəngilanda, Kəlbəcərdə və digər torpaqlarda yenidən ucaldıldı. Prezident
İlham Əliyev bu tarixi qələbə ilə təkcə torpaqları yox, həm də milli ləyaqəti,
qüruru və suverenliyi bərpa etdi. Bu bayrağın azad edilmiş torpaqlarda
dalğalanması — Azərbaycan gəncliyi və gələcək nəsillər üçün müqəddəs bir vətən
sevgisi, dövlətçilik ruhu və tarix dərsidir.
Nəbi
Ağayev
K.Y.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
PHŞ-nin
Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri