Azərbaycan İdman Akademiyasında yeni ixtisas yaradıldı

Azərbaycan İdman Akademiyasında yeni ixtisas yaradıldı
15 Mar 2025 16:41

Azərbaycan İdman Akademiyasında (ASA) İdman və xidmət ixtisasları üzrə işçi qrupun növbəti iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, iclasa İşçi Qrupun həmsədri, ASA-nın Tədris üzrə prorektoru Ülkər Babayeva rəhbərlik edib.

Toplantıda Məşqçilik, Nəqliyyatda servis, Sosial iş, Turizm və otelçilik ixtisaslarının magistratura səviyyəsi üzrə müxtəlif ixtisaslaşmalarının təsdiq edilməsi əsas müzakirə obyekti olub. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər ali təhsil müəssisələrinin inzibati və pedaqoji heyəti, əmək bazarından nümayəndələr müzakirələr əsasında siyahıya bir neçə ixtisaslaşmanın əlavə olunması, bəzilərinin adının dəyişdirilməsi, bir neçə ixtisaslaşmanın ləğv olunmasına qərar veriblər.

Sonda İdman və xidmət ixtisasları üzrə magistratura təhsil səviyyəsinin ixtisaslaşmalarının siyahısı səsvermə ilə təsdiq edilib.


Sizin reklam burada
Sizin reklam burada