Aygün Kazımova Almaniyada konsert verəcək – VİDEO

Aygün Kazımova Almaniyada konsert verəcək – VİDEO
19 Okt 2023 14:48

Xalq artisti Aygün Kazımova Almaniyada konsert proqramı ilə çıxış edəcək. 

News365.az xəbər verir ki, sənətçi Bergkamendə noyabrın 3-də səhnəyə çıxacaq. 

Pop diva yeni və hit mahnılarını xaricdə yaşayan həmyerlilərimiz üçün səsləndirəcək. 

“Avropada yaşayan əziz həmvətənlərim, nəhayət sizin görüşünüzə gəlirəm. Yeni konsert proqramımla noyabrın 3-də sizin yolunuzu gözləyəcəyəm. Yox, bu dəfə siz mənim yolumu gözləyin” - deyə ölkənin əsas ulduzu söyləyib. 

Gecənin aparıcılığı isə Afaq Gəncəliyə həvalə edilib. 


Sizin reklam burada
Sizin reklam burada