Avstraliyada su toplayan və səthi sərinləşdirən boya ixtira edilib

Avstraliyada su toplayan və səthi sərinləşdirən boya ixtira edilib
10:00

Avstraliyalı alimlər atmosferdən su toplayan və səthin temperaturunu 6 dərəcəyədək azaldan yeni boya növü hazırlayıblar.

News365.az xarici mediaya istinadla xəbər verir ki, Sidney Universiteti və “Dewpoint Innovations” startapının birgə layihəsi olan bu ixtira günəş işığının 97 faizini əks etdirir və hər kvadrat metrdən gündə 390 millilitr su toplayır.

Mütəxəssislər bildirirlər ki, bu texnologiya quraq bölgələrdə su çatışmazlığını və isti havaların təsirini azaltmaqda mühüm rol oynaya bilər.



Sizin reklam burada
Sizin reklam burada