“Avropanın planı Rusiyanı zəiflətməkdir” - Peskov

“Avropanın planı Rusiyanı zəiflətməkdir” - Peskov
15:10

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrinin Ukraynaya əlavə maliyyə ayırmasını şərh edərkən sərt açıqlama verib.

News365.az xəbər verir ki, o bildirib ki, Avropa Rusiyanı “strateji məğlubiyyətə uğratmaq” niyyətindən geri çəkilmir.

Peskov xatırladıb ki, Vladimir Putinə “Avropanın niyə sülh danışıqlarında yer almadığı” sualı ünvanlanıb və prezident bunun səbəbini Avropa ölkələrinin hələ də Rusiyaya qarşı mübarizə xəttini davam etdirməsi ilə izah edib.

Kremlin sözçüsü əlavə edib ki, Avropa bu yanaşmada ciddi səhv edir və bu xəttin nəticələri onlar üçün gözlənildiyindən daha ağır ola bilər.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada