Qətərin nəhəng qaz zavodu raket atəşinə tutuldu

Qətərin nəhəng qaz zavodu raket atəşinə tutuldu
09:05

"Qatar Energy" şirkəti martın 19-da istehsal infrastrukturunun daha bir raket hücumuna məruz qaldığını təsdiqləyib.

News365.az xəbər verir ki, bu barədə şirkət "X" hesabında məlumat dərc edib.

"Martın 18-də Ras Laffan sənaye şəhərinə edilən və xeyli ziyana səbəb olan əvvəlki hücuma əlavə olaraq, "Qatar Energy" şirkəti martın 19-u səhər saatlarında mayeləşdirilmiş təbii qaz istehsalı ilə əlaqəli bir neçə obyektin raket zərbəsinə məruz qaldığını və nəticədə ciddi və genişmiqyaslı ziyanın baş verdiyini təsdiqləyir", - deyə açıqlamada qeyd olunub.

Xəbərə görə təcili yardım xidmətləri hadisə yerinə göndərilib və xəsarət alan yoxdur.



Sizin reklam burada
Sizin reklam burada