Türkiyə müdafiə sənayesi tərəfindən müəyyən edilmiş yüksək standartlar barədə birbaşa bilgimiz var.
News365.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Lakin bəzi Avropa ölkələri Türkiyə müdafiə şirkətlərini Avropanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş yeni tədarük proqramlarından kənarlaşdırmağa çalışırlar. Biz bununla razı deyilik.
Türkiyə NATO üzvüdür. Buna görə də Türkiyə müdafiə şirkətlərini kənarlaşdırmaq üçün heç bir əsaslı səbəb görmürük. Macarıstan-Türkiyə müdafiə əməkdaşlığı inkişaf etməyə davam edəcək”, - o bildirib.