AVRO-2024-ün qrup mərhələsinin I turunda Almaniya - Şotlandiya matçından sonra Kolin Kinq adlı şotlandiyalı azarkeş dünyasını dəyişib.
Bu barədə onun qohumu Kristofer Orurk sosial şəbəkələrdə məlumat yayıb.
57 yaşlı azarkeş Düsseldorfda baş tutan Almaniya - Şotlandiya oyununda iştirak edib. Üç gün sonra isə oteldə yuxuda olarkən həyatla vidalaşıb.
Qeyd edək ki, Almaniya və Şotlandiya arasında baş tutan açılış matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.