Rusiya millisinin keçmiş futbolçusu narkotikə görə 9,5 il iş aldı

Rusiya millisinin keçmiş futbolçusu narkotikə görə 9,5 il iş aldı
24 Sen 2024 12:53

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotik alveri ilə bağlı cinayət işi üzrə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Çempionat” Krasnodar diyarı Məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

“Buqayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm qanuni qüvvəyə minib”, - deyə məlumatda bildirilir.

Buqayev cəzasını ciddi rejimli koloniyada çəkəcək. Xatırladaq ki, SHOT Telegram kanalı Buqayevin 500 qram mefedronla saxlanılması barədə məlumat yaymışdı. Futbolçuya qarşı xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət işi açılıb. Onu 20 ilə qədər həbs gözləyirdi. Buqayev həmçinin narkotik kuryeri işlədiyini və Kuban Aqrar Universitetinin yaxınlığında hərəkət etdiyini etiraf edib.

Aleksey Buqayev peşəkar karyerasında “Lokomotiv”, “Krasnodar”, “Tom”, “Ximki” və “Torpedo”da çıxış edib. Müdafiəçi mövqeyində oynamış idmançı Rusiya millisinin heyətində yeddi oyun keçirib və bu oyunda qol vura bilməyib. O, 2010-cu ildə 29 yaşında futbolu tərk etmək qərarına gəlib.



Tural


Youtube kanalımız

Oxşar xəbərlər