“Xankəndi” futbol klubu yaradıldı

“Xankəndi” futbol klubu yaradıldı
24 Sen 2024 15:04

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.

News365.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya klubun təsisçilərindən olan Vasif İsmayılov məlumat verib.

O bildirib ki, yeni yaradılan klub AFFA Region Liqasında mübarizə aparacaq.

“Xankəndi” klubu ev oyunlarını Şamaxı İdman Olimpiya Kompleksinin Stadionunda keçirəcək: “Məşqlərimiz isə Bakıda keçiriləcək. Hazırda heyət formalaşdırılıb, məşqlərə start vermişik. Baş məşqçi isə iki həftədən sonra açıqlanacaq”. 


Youtube kanalımız

Oxşar xəbərlər