İsrailin Qəzzanın şimalına və cənubuna endirdiyi zərbələr nəticəsində bir neçə uşaq və bir tibb işçisi də daxil olmaqla azı 20 fələstinli həlak olub.
News365.az BBC-yə istinadən xəbər verir ki, İsrail 3 ay davam edən atəşkəsi qarşı tərəfin pozduğunu və cavab tədbirlərinin görüldüyünü açıqlayıb. Açıqlamada qeyd edilib ki, əsgərlərə atəş açan "terrorçular"a qarşı tanklar və təyyarələrlə dəqiq zərbələr endirilib. Atəşkəsin pozulması nəticəsində bir nəfər hərbçiləri ağır yaralanıb.
Atəşkəsin pozulmasında günahlandırılan Həmas isə bütün bunların uydurma olduğunu açıqlayıb. İsraili Fəsəlstin xalqına qarşı təcavüzü davam etdirmək üçün bəhanə axtarmaqda günahlandırıb.