"Arıqladan dərman yoxdur" - Endokrinoloq

"Arıqladan dərman yoxdur" - Endokrinoloq
15 Mar 2024 13:19

Son dövrlərdə cəmiyyətdə artıq çəkili insanların sayı getdikcə artmağa başlayıb. Bu gün bir çox apteklər, hətta mağazalar arıqlamaq üçün müxtəlif növ dərmanlar təklif edirlər. Bu dərmanları reklam məqsədi ilə tərifləyərək insanlara satırlar. Arıqlamaq üçün müxtəlif pəhriz və proqramları sınaqdan keçirən, istədikləri nəticəni əldə edə bilməyən insanlar dərman preparatları qəbul etməyə başlayırlar.

News365.az xəbər verir ki, mövzu ilə bağlı danışan endokrinoloq Lalə Alcan arıqlamağa kömək olan, iştah kəsən və bu kimi reklam olunan dərmanlar doğru olmadığını qeyd edib:  

"Bölgəsəl arıqladan piyləri əridən, arıqlamağa kömək olan, iştah kəsən və bu kimi reklam olunan dərmanlar doğru deyil.  Yaxud hər hansı bir qidanı çox istifadə etməklə arıqlamaq mümkün deyil. Qidalar insanın arıqlamasına kömək etmir, sadəcə olaraq çox miqdarda qəbul olunan, yalnız kalori cəhətdən daha az kaloriya sahib olan qidaları istifadə etmək, arıqlamağa səbəb ola bilər. Ancaq xüsusi olaraq dərman, yaxud hansısa qidanı çox istifadə etməklə arıqlamaq mümkün deyil.

 Həkim bu kimi dərmanların ziyanından da danışıb:

Aldanmayın, arıqladan dərmanlar istifadə etməyin. Bunların sizin sağlamlığınıza zərərlidir. Ən azından heç zərəri olmasa da qara ciyərinizə zərərlidir.

Vəfa Vəliyeva News365.az 


Sizin reklam burada
Sizin reklam burada