“Araz supermarket”dən
şikayətlər bitmir, tükənmir. Şikayətlərin çoxu da vitrindəki qiymətlə,
kassadakı qiymətlərin fərqindəndir. Vətəndaşlar iddia edirlər ki, bu ticarət şəbəkəsi
insanları endirim adı ilə aldadaraq ciblərə girir.
News365.az xəbər verir bu dəfəki şikayətçi Elnurə
Abışovadır. O bu barədə özünün sosial səhifəsində yazıb:
“Bayaq
yolüstü “Araz supermarket”ə döndüm, əslində 1-2 ərzaq alacaqdım. Üstündə
endirim sarı kağızlar diqqətimi cəlb etdi, bir də baxdım, 76 manatı keçib. Gəlib
evdə baxıram çekə, endirim nə gəzir…
Ordakılar
dostlardır, mənim də ən çox alış-veriş məkanımdır. Statusu tənqid yox, tam səmimi
yazmışam.
Arazçı
dostlarım, endirim bitibsə kağızları niyə götürmürsüz? Aldadırsız axı….
Bitməyibsə
niyə kassada sarı kağıza yazdığınız qiymət vurulmur?
Zəng etməyin,
cavabı rəyə yazın mənimkimilər maariflənsin. Mən tək deyiləm bu halla üzləşən hər
halda”.
Göründüyü
kimi kampaniya adı ilə istehlakçılar həvəsləndirilir. Son nəticədə isə
aldadılır. Ən pisi də odur ki, faktı sübut edəndə rəhbərlik fəhlələri
günahlandırırlar. Guya ki, onlar vaxtında qiymət kağızını dəyişməyiblər.
Təbii ki,
bir çox insanlar da həmin fəhlələrin işdən qovulmaması üçün susurlar.
Nəticədə, “Araz supermarket” öz oyunlarını davam etdirir.
News365.az