Arayik Arutyunyanın xeyli varidatı aşkarlandı

Arayik Arutyunyanın xeyli  varidatı aşkarlandı
10:13

Ermənistanda siyasi gərginlik, müxalif qüvvələr və dindarlara qarşı təqiblərin artdığı bir vaxtda “Joğovurd” qəzeti diqqət çəkən xəbər yayıb. Nəşr  yazıb: “4 il baş nazirin administrasiyasının rəhbəri olmuş Arayik Arutyunyan 2018-ci ildə İrəvana əlində sadəcə əsa ilə gəlmişdi.  Arayik bu illər ərzində tədricən mal-mülk sahibi olub, bir neçə daşınmaz əmlak alıb. O, məxməri inqilabdan sonra ev sahibi olmuş "Vətəndaş müqaviləsi"nin aparıcı üzvlərindən biridir".


Qeyd edilib ki, Arutyunyan 2022-ci ildə bahalı daşınmaz əmlak alıb. 

Keçən il isə Harutyunyan bu mülkünə daha bir varidat əlavə edərək, Tavuş vilayətinin İcevan icmasından 1 milyon 215 min drama torpaq sahəsi alıb.


"Torpaqdan əlavə, Arutyunyan “Jermuk Group” QSC-dən dəyəri 36 milyon 323 min dram olan mənzil də alıb. Ümumilikdə, ilin sonuna Arayik Arutyunyan gəlirlərinə dair 3 daşınmaz əmlak obyekti bəyan edib. O, heç bir nəqliyyat vasitəsini bəyan etməyib", - məqalədə yazılıb.

Arutyunyanın bank hesablarında milyonlarla dram aşkarlanıb.

Qeyd edık ki, Arayik Arutyunyan Ermənistan Respublikası Dövlət İdarəçilik Akademiyasının (DİA) İdarə Heyətinin sədri, qondarma "Erməni Soyqırımı" Muzey-İnstitutu Fondunun və M.Maştots adına Matenadaran Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunun Himayəçilik Şurasının üzvüdür.


O, hakim “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin üzvüdür.

Tural


Sizin reklam burada
Sizin reklam burada