İsrailin baş naziri Benyamin Netanyahu Cənubi Asiya respublikasının paytaxtında təhlükəsizlik vəziyyəti ilə əlaqədar dekabr ayına planlaşdırılan Hindistana rəsmi səfərini təxirə salıb.
News365.az "ANI"yə istinadən xəbər verir ki, İsrail baş nazirinin qərarına noyabrın 10-da Yeni Dehlidə intiharçının hücumu səbəb olub.
İsrail və Hindistan xarici işlər nazirlikləri hazırda Netanyahunun səfərinin yeni tarixi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, noyabrın 10-da Hindistanın paytaxtında tarixi Qırmızı Qala yaxınlığında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Hindistan hökuməti avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.