Anar Zahid Sarıtorpağın istefasına münasibət bildirdi: “Yəqin borcu olub”

Anar Zahid Sarıtorpağın istefasına münasibət bildirdi: “Yəqin borcu olub”
11:41

“Zahid Sarıtorpağın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxması haqqında heç bir məlumatım yoxdur”.

Bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, AYB könüllü təşkilatdır:

“Buraya kim üzv olmaq istəyirsə ərizə verir. Biz də müraciətə baxıb, araşdırıb ona uyğun qərar qəbul edirik. Çıxmaq istəyən də eyni qaydada fikrini bildirir və ayrılır”.

Zahid Sarıtorpağın AYB-yə üzvlük borcu olan şəxslərin siyahısında olub-olmamasına gəlincə, A.Rzayev söyləyib ki, bu barədə məlumatı yoxdur:

“Ödənişi edib-etməməsi haqqında da heç bir məlumatım yoxdur. Burada 2 mindən çox adam var. Yoxlanış aparılır. Bəlkə də ödənişi etməyib, ona görə çıxardıblar”.

Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq AYB-dən istefa verib.

“AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram... Nə isə... Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim...”, - o bildirib./// “Yeni Sabah”


Sizin reklam burada
Sizin reklam burada