AMEA-nın binasında ölüm

AMEA-nın binasında ölüm
06 Sen 2024 17:14

Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.

News365.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 5-i saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.

Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.

Onun infarktdan öldüyü qeyd edilib.

Faktla bağlı araşdırmalar aparılır.


Youtube kanalımız