Almaniyada hərbi obyektlərə hücum planlaşdıran Rusiya agentləri tutulub

Almaniyada hərbi obyektlərə hücum planlaşdıran  Rusiya agentləri tutulub
18 Apr 2024 12:11

Almaniyanın Bavariya bölgəsində Rusiya xüsusi xidmət orqanlarına işləməkdə və hərbi obyektlərdə təxribat hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlanılıb. News365.az xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

“Güman edilir ki, onlar Rusiyanın tələbi ilə Amerika bazalarını izləyir və hərbi nəqliyyat marşrutlarına hücumlar planlaşdırırmışlar. Onların hədəfində Almaniyanın Ukraynaya göndərdiyi  yardımlar da olub”, - nəşr yazıb.

Maraqlıdır ki, saxlanılan şəxslərə onlara qarşı irəli sürülən ittihamlarla əlaqəli sübutlar təqdim edilməyib.

Nəşrin mənbələrindən biri qeyd edib ki, söhbət keçən il xüusi xidmət orqanlarının ələ aldığı iddia edilən “Rusiya almanları” olan Diter S. və Alexander Y.S.-dən gedir. Onların əsas hədəfi Ukraynadan olan tank ekipajlarının təlim keçdiyi Qrafenvuer yaxınlığındakı ABŞ ordusu bazası olub.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər