Alimlər həyəcan təbili çalırlar: Su hövzələrində ciddi oksigen problemi yaranır

Alimlər həyəcan təbili çalırlar: Su hövzələrində ciddi oksigen problemi yaranır
20 İyl 2024 14:38

Dünyadakı su hövzələrində həll olunmuş oksigen ehtiyatı sürətlə azalır. Bu barədə  Nature jurnalı məlumat yayıb. 

Elm adamları bunun Yer kürəsinin həyatı təmin edən əsas sistem üçün ən böyük təhlükələrdən biri olduğunu bildirir. 

Qeyd edilir ki, atmosferdəki oksigen insanlar  kimi heyvanlar üçün də həyati əhəmiyyət kəsb edir. Bundan başqa  suda həll olunmuş oksigen də şirin su və dəniz sistemləri üçün vacibdir.

"Milyardlarla insanın qida və gəlir üçün dəniz və şirin su yaşayış yerlərindən asılı olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, bu ekosistemlərdə oksigen səviyyəsi əhəmiyyətli dərəcədə və sürətlə azalır"- elm adamları həyəcan təbili çalıblar.

Tural


Sizin reklam burada
Sizin reklam burada