Albalıdan südədək: Yuxunuza təsir edən qidalar

Albalıdan südədək: Yuxunuza təsir edən qidalar
10:50

Yuxu keyfiyyəti birbaşa yediklərimizdən təsirlənir. Banan, albalı və süd kimi qidalar daha rahat yatmağa kömək etdiyi halda; spirtli içkilər, acı şokolad və ədviyyatlı yeməklər yuxusuz gecələrin səbəbi ola bilər. Gecə yatmazdan əvvəl qəbul etməli olduğunuz və uzaq durmağınız lazım olan qidalar bunlardır:

Daha yaxşı yatmağınıza kömək edən qidalar

1. Banan

Bananda olan maqnezium və kalium əzələlərin fəaliyyətini dəstəkləyir. Bu da keyfiyyətli yuxu təmin edir.

2. Hind toyuğu (hindi əti)

Yatmazdan 1,5–2 saat əvvəl bir parça hind toyuğu əti yemək tez yuxuya getməyə kömək edir. Ətində olan triptofan yuxu rejimini yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.

3. Süd

Süd triptofan amin turşusu ilə zəngindir. Bu maddə sakitləşdirici təsir göstərir. Analarımızın uşaqlıqda yatmazdan əvvəl bizə isti süd verməsinin səbəbi də budur.

4. Yasəmən düyüsü

Yasəmən düyüsünü müntəzəm yemək qandakı artıq qlükoza səviyyəsini azaldır.

5. Albalı

Albalıda olan melatonin bədənin bioloji saatını tənzimləyir və dərin yuxu üçün faydalıdır. 

Yaxşı yuxu üçün uzaq durmalı olduğunuz qidalar

1. Burgerlər

Fast food təkcə sağlamlığın deyil, yuxunun da düşmənidir. Çox yağlıdır, mədə turşusunu artırır və yanmaya səbəb olur.

2. Spirtli içkilər

Spirtli içkilər sidikqovucu təsir göstərir. Buna görə gecə tez-tez tualetə qalxmaq məcburiyyətində qalarsınız. Həmçinin xorultuya da səbəb ola bilər.

3. Acı (bitter) şokolad

Xüsusilə acı şokoladda kafein və teobromin var. Bu maddələr sinir sistemini oyadır, ürək döyüntüsünü sürətləndirir və yuxusuzluq yaradır.

4. Toyuq əti

Toyuq ətindəki yüksək zülal həzmi 50% yavaşladır. Vücud yatarkən dincəlməli olduğu halda, həzmi başa çatdırmaq üçün əlavə enerji sərf edir.

5. Ədviyyatlı yeməklər

Yatmazdan əvvəl acılı və ədviyyatlı yeməklər yemək mədə turşusunu artırır, yanmaya səbəb olur və yuxusuz gecə ilə nəticələnir.



Sizin reklam burada
Sizin reklam burada