Rusiyanın Krasnoyarsk diyarının qanunvericilik məclisinin deputatı Zaxar Yendjiyevski xüsusi hərbi əməliyyat zonasında könüllü kimi xidmətə başlamağı planlaşdırır. Bu barədə NGS24 portalı məmurun özünə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Yendjievski hazırda tibbi müayinədən keçir və könüllülər birliyi ilə müqavilə bağlamağa hazırlaşır. Noyabrın sonundan o, təlim bölməsində olmağı gözləyir.
Deputatın sözlərinə görə, müqavilə altı aya qədər davam edəcək. O, döyüşə pul üçün getmədiyi üçün qazanacağı vəsait haqqında da məlumatsız olduğunu iddia edib. Yendjievski öz vətəndaş mövqeyinə əsaslanaraq balanslı və düşünülmüş şəkildə qərar verdiyini söyləyib.
Deputat hədsiz ağır çəkisi ilə diqqət çəkir. Bəzi saytlar gələcək könüllünün cəbhədə bu çəki ilə hansı xidmətləri həyata keçirəcəyini də sual edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural