Aeroportda terror planlaşdıran belə saxlanıldı - VİDEO

Aeroportda terror planlaşdıran belə saxlanıldı - VİDEO
10 İyn 2025 13:55

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Suxumidə terror aktı planlaşdıran ukraynalı agentin saxlanılması ilə bağlı kadrları yayıb.

Görüntülərdə xüsusi əməliyyatın təşkil olunması və iş masası ətrafında oturan bir nəfərin zərərsizləşdirilməsi əks olunub. O, həmçinin etirafını da bəyan edib.

Bundan əvvəl Suxumidə, tanınmamış Abxaziyanın paytaxtının hava limanında terror aktı hazırlayan Ukrayna kəşfiyyatının rusiyalı agentinin saxlanılması barədə məlumatlar yayılmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları agentin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi ilə gizli əməkdaşlıq etdiyini müəyyən ediblər. O, Ukrayna tərəfinin göstərişi ilə  mühəndis kimi qeydiyyatda olduğu Suxum Beynəlxalq Hava Limanında gördüyü işlər barədə məlumat ötürüb.



Tural



Sizin reklam burada
Sizin reklam burada