Bu ölkədə ərzaqların bahalaşması məsələsi araşdırılacaq

Bu ölkədə ərzaqların bahalaşması məsələsi araşdırılacaq
20:20

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) öz səlahiyyətləri çərçivəsində ölkədə ərzaq məhsullarının bahalaşması məsələsini ətraflı araşdıracaq.

News365.az xəbər verir ki, bu barədə DTX rəisinin birinci müavini Laşa Mağradze bildirib. 

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının maraqlarına və ölkənin iqtisadi təhlükəsizliyinə zərər verən hər hansı qanunsuz hərəkətə qarşı müvafiq ciddi hüquqi tədbirlər görüləcək.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün videomüraciət yayaraq ölkədə ərzaq məhsullarının qiymətlərinin Avropa ölkələri ilə müqaisədə kifayət qədər yüksək olduğunu bildirib. O, hüquq-mühafizə orqanlarını vəziyyəti dərindən araşdırmağa və konkret subyektlərin fəaliyyətində cinayət əməlinin olub-olmamasını müəyyən etməyə çağırıb. 

Hökumət başçısının göstərişi əsasında Gürcüstan parlamentində yaz sessiyası çərçivəsində istehlak məhsullarına qiymətlərin əmələ gəlməsi prosesinin araşdırılması üçün xüsusi komissiya yaradılacaq.


Sizin reklam burada
Sizin reklam burada