ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib - CƏDVƏL

ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib - CƏDVƏL
07 May 2025 14:21

Qarşıdan gələn Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

ADY-dən News365.az-a verilən məlumata görə, 6, 7, 8 və 9 iyun tarixlərində qatarlarımız həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.

Biletləri saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən, vağzal və stansiya kassalarından əldə etmək olar.


Sizin reklam burada
Sizin reklam burada