ABŞ xəbərdarlıq etdi: İran 3 həftəyə...

ABŞ xəbərdarlıq etdi: İran 3 həftəyə...
12 İyn 2025 09:10

İran rejimi üç həftə ərzində 10 nüvə başlığı istehsal etmək gücünə sahibdir.

News365.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla Konqresdə çıxışı zamanı deyib.

“İran hazırkı ehtiyat və sentrifuqalarla cəmi bir həftəyə silah dərəcəli 25 kiloqram material istehsal edə bilər. Üç həftəyə isə bu, on başlığa qədər çata bilər”, - deyə o bildirib.

General əlavə edib ki, Tehran nüvə silahı əldə etsə, bu, bölgədə silahlanma yarışını alovlandıra bilər. Digər ölkələr də nüvə silahını ya istehsal, ya da satınalma yolu ilə əldə etməyə çalışacaq.


Sizin reklam burada
Sizin reklam burada