"Ermənistanın siyasi oyunlar oynadığını yaxşı bilirik"- MÜSAHİBƏ

"Ermənistanın siyasi oyunlar oynadığını yaxşı bilirik"- MÜSAHİBƏ
19 Sen 2024 12:19

"İkinci Qarabağ müharibəsində şanlı ordumuzun qazandığı tarixi zəfər nəticəsində ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi."

Millət Vəkili Elman Nəsirov bunu News365.az-a açıqlamasında deyib.

"Erməni separatizmlərinə zərbə endirildi. Amma tamamilə ləğv edilmədi. Hələ də Qarabağda Xankəndində və digər ərazilərdə erməni separatçıları kök salmış və 2020-ci ilin 10 Noyabr sənədinin dördüncü bəndini icra etməməkdə davam edirlər. Həmin bəndə görə Rusiyanın sülhməramlı qüvvələrin gedişi ilə paralel şəkildə erməni silahlı qüvvələri də qeyri-qanuni fəaliyyət göstərən separatçı dəstə Qarabağı tərk etməlidirlər. Amma onlar bunu nəin ki icra etmədi və hətta Azərbaycana qarşı separatçı davranışlarını davam etdirirlər. Eyni zamanda işğal altındakı ərazilərimizə mina basdırılması prosesi həyata keçirilirdi və bütün bu reallıqlar fonunda 2023-cü ilin sentyabr ayının 2-də Ermənistan baş naziri Nikol Paşinyan və separatçı rejimini növbəti dəfə təbrik də etdi.  Bu o deməkdir ki, sülh yolu ilə, danışıqlar yolu ilə 10 Noyabr sənədinə istinad etməklə Erməni separatizminə son vermək mümkün olmayacaqdı.

Elə bu səbəbdən də 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycan silahlı qüvvələri bir sutkalıq antiterror əməliyyatları həyata keçirtdilər. Nəticədə erməni separatizminin kökü kəsildi, onlara ölümcül zərbələr endirildi. Bununla da ərazi bütövlüyümüz və suverenliyimiz tam qəti və əbədi təmin edilmiş oldu. Sonra isə Qarabağdakı erməni əhalisi ərazini tərk etdi, Qarabağda yaşamaq istəmədiklərini bildirdilər.

Millət vəkili  qarşımızda yeni hədəflərin olduğunu bildirir. Qarşımızda yeni hədəflər var, yeni hədəf Ermənistanla sülh müqaviləsi imzalanmasıdır:

 Bu illəri biz növbəti tarixi qələbəmizin il dönümünü qeyd edirik. Böyük qürur hissi Azərbaycan xalqı, Azərbaycanı sevənlər bu günü fəxarət hissi ilə qeyd edirlər. Qarşımızda yeni hədəf var. Yeni hədəf Ermənistanla sülh müqaviləsi imzalanmasıdır. Amma təəssüf ki, Ermənistan sülhdən danışır, bu istiqamətdə heç bir addım atmır. Ermənistan baş naziri Nikol Paşinyan sentyabr ayının 10-da   İrəvan dioloqu formunda çıxışında qeyd etdi ki, 80 faiz Azərbaycanla məsələlər razılaşdırılıb. İndi sülh müqaviləsinin imzalanmaq olar. Razılaşdırılmayanın 20 faizini mörtərizədə saxlayır və gələcək nəsillər üçün saxlıyır. Bu o deməkdir ki, növbəti mina basdırılır və istənilən halda gələcəkdə biz oxşar prosesləri, oxşar separatçı davranışlarla üz-üzə qalmalı olacayıq. Bu gələcək nəsilin üzərinə düşəcək.

Azərbaycan dövlətinin bu məsələdə prinsipial mövqeyi var. Cənab Prezident İlham Əliyevin qəttiyyətli və dəyişməz mövqeyi  var ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Bunların olmayacağı təqdirdə heç bir sülhdən söhbət gedə bilməz. Ermənistan həm də bu gün ATƏT-in MİNSK qrupunun ləğv edilməsini istəmir. Ona görə ki, 20 faiz həllini tapmayan məsələ var, onları “tənzimləmək üçün” ATƏT-in MİNSK qrupuna müraciət etsin. Ermənistanın siyasi oyunlar oynadığını yaxşı bilirik. Ona görə də top Ermənistan tərəfdədir. Ağlını başına yığsın, nəticə çıxartsın. Nəticə çıxartmayacağı təqdirdə dəmir yumuruq yerindədir və unutmasın ki, 2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatları təkrarlana bilər. Buna görə də bütün məsuliyyət Ermənistana və ona havadarlıq edənlərin üzərinə düşəcək."- deyə fikirlərini bidlirib. 


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər